Milli Məclis üzvlüyünə namizəd Nigar Ələsgərova Sumqayıt şəhəri, Yaşıldərə massivində İkinci Qarabağ müharibəsinin şəhidi Məhəmmədəli Həsənzadənin ailəsini ziyarət edib.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Nigar Ələsgərova Sumqayıt şəhəri, Yaşıldərə massivində İkinci Qarabağ müharibəsinin şəhidi Məhəmmədəli Həsənzadənin ailəsini ziyarət edib.

Ziyarət zamanı məlum olub ki, şəhidimizin atası Hörmət Həsənzadə özü də Aprel döyüşlərində və I Qarabağ müharibəsində iştirak edib. H.Həsənzadə qeyd edib ki, Məhəmmədəli 2020-ci ilin iyul ayında ali təhsilini başa vuraraq hərbi xidmətə yollanıb, sentyabr 27-də başlayan Vətən müharibəsinə qatılıb. Döyüşlərdə böyük şücaət göstərən Məhəmmədəli düşmənin bir neçə texnika və canlı qüvvəsini məhv edib. Bu və digər qəhrəmanlıqlarına görə, Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

N.Ələsgərova Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan Zəngilan rayon, Vənədli kənd sakini, İkinci Qarabağ müharibəsi şəhidi Emil Abduləzimlinin də ailəsində olub.

Şəhidimizn atası Rasif Dünyamalıyev Emilin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində qismən səfərbərlik çağırışına qatıldığını və 19 oktyabr 2020-ci ildə Cəbrayılın azad edilməsi zamanı şəhid olduğunu bildirib. R.Dünyamalıyev qeyd edib ki, şəhid övladı Prezidentin müvafiq sərəncamları ilə 3 medalla təltif olunub.

Bir deputatlığa namizədin onları ziyarət etməsindən məmnun qaldıqlarını qeyd edən şəhid ailələri dövlətin onlara qayğısından da bəhs ediblər.

N.Ələsgərova isə öz növbəsində hər iki ailəyə minnətdarlığını bildirib və gələcək fəaliyyətində şəhid ailələrinin problemlərinin prioritet təşkil edəcəyini vurğulayıb. Əlavə edib ki, sahibkarlıq müəssisələrinin qurulmasında böyük təcrübəyə malikdir və gələcəkdə bu fəaliyyətlə məşğul olmaq istəyən şəhid ailələri üçün müvafiq qurumlardan hərtərəfli, zəruri dəstəyin alınmasına çalışacaq, müalicəyə ehtiyacı olan şəhid ailələri, qazilərimizin və müharibə iştirakçılarının sözügedən problemlərinin həllinə dəstək olacaq.

N.Ələsgərova hər iki ailənin səsvermə hüququ olan üzvlərini seçkiyə dəvət edib və onları özünün “Yenilik zamandır” seçki şüarını dəstəkləməyə çağırıb.

Scroll to Top